Sevgililər Gününü musiqi ilə qeyd etmək istəyən minlərlə pərəstişkar Gökhan Türkmenin İstanbulda baş tutan konsertində bir araya gəlib. Romantik mahnıların ard-arda səsləndirildiyi gecədə unudulmaz anlar yaşanıb.

"Unikal" Türkiyə KİV-ə istinadən xəbər verir ki, sənətçinin sevilən “Aşk” mahnısını ifa etdiyi anlarda zalda böyük sürpriz yaşanıb. Mahnının ən duyğusal hissəsində 17 nəfər eyni anda üzüyünü çıxararaq sevgilisinə evlilik təklifi edib.

Zalın müxtəlif nöqtələrində diz çökən cütlüklər tamaşaçıların alqış və coşqulu reaksiyaları fonunda “bəli” cavabı alıblar. Həmin anlar mobil telefonlarla lentə alınaraq qısa müddətdə sosial şəbəkələrdə yayılıb.

Gülayə Mecid