16.02.2026-cı il tarixində saat 03:20 radələrində zəhərlənmə şübhəsilə 3 nəfər (qadın) Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəznində olan Akademik Z.Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Gəncə Şəhər Birləşmiş Xəstəxanasından "Unikal"a bildirilib ki, dəm qazının toksiki təsiri diaqnozu təyin olunan pasiyentlərə zəruri tibbi yardım göstərilib.
Vəziyyətləri qənaətbəxş hesab edilən şəxslər ambulator müalicə üçün evə buraxılıblar.
***
Gəncədə zəhərlənmə hadisəsi baş verib.
"Unikal"ın məlumatına görə, Zaqatala rayon sakinləri - 2006-cı il təvəllüdlü F.Həsənova, 2006-cı il təvəllüdü İ.Mollayeva və 2005-ci il təvəllüdlü N.Musayeva huşsuz vəziyyətdə xəstəxanaya çatdırılıblar.
Adıçəkilən şəxslərə müayinə zamanı dəm qazından zəhərlənmə diaqnozu təyin edilib. Zəhərlənən şəxslərə yardım edilib, hazırda vəziyyətləri kafi olaraq qiymətləndirilir. Onların tələbə olduqları bildirilir.
Hadisə yerinə aidiyyəti qurumların əməkdaşları cəlb edilib.
Fakt araşdırılır.
Tural Əhmədov
