Göygöldə ağır qəza olub.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Üçtəpə kəndi ərazisində qeydə alınıb. Hərəktədə olan "VAZ 2107" ilə "AVİA" markalı yük maşını toqquşub. Qəza zamanı bir nəfər - 2010-cu il təvəllüdlü T.Babakişiyev xəsarət alıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib. Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov