Litva bu il Ukraynaya 223 milyon avroluq hərbi yardım göstərməyi planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Robertas Kaunas açıqlama yayıb. 

"Litvanın Ukraynaya hərbi yardımının ümumi məbləği 1 milyard dollardan çoxdur. Cari il üçün 265 milyon dollar (223 milyon avro) ayırmışıq və bu vəsait üç prioritet sahəyə xərclənəcək", - deyə nazir qeyd edib. 

Gülayə Mecid