Ermənistanda İran səfirliyi qarşısında etiraz aksiyası keçirilir.
"Unikal" erməni mətbuatına görə, aksiya zamanı polis iştirakçıların Göy məscid istiqamətində yürüşünə icazə verməyib. Polis əməkdaşlarının qanuni tələblərinə tabe olmadığına görə 7 nəfər inzibati qaydada saxlanılıb.
Mitinq və yürüş 15 yanvar tarixli meriya qərarı ilə razılaşdırılıb. Polis aksiyanın dayandırılmasını tələb edib, güc və xüsusi vasitələrdən istifadə edilə biləcəyi barədə xəbərdarlıq edib.
