Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil almaq istəyən şagirdlər və onların valideynləri ilə Balakən Rayon Polis Şöbəsində görüş təşkil olunub.

"Unikal" xəbər verir ki, RPŞ-nin rəisi, polis polkovniki Çingiz Aslanov polis peşəsinə maraq göstərən məktəblilərə məsuliyyətli davranmalarının, sağlam həyat tərzi sürmələrinin və təhsilə xüsusi diqqət yetirmələrinin vacibliyini vurğulayıb.

Həmçinin Polis Akademiyasına qəbul qaydaları və şərtləri, ali təhsil müəssisəsində yaradılmış tədris, elmi və sosial mühit, kitabxana, laboratoriya və praktiki təlim bazası, kursantların sosial təminatı, daxili işlər orqanlarının və Polis Akademiyasının tarixi inkişaf mərhələləri haqqında məktəblilərə geniş məlumat verilib.

Daha sonra polisin gündəlik xidməti fəaliyyəti şagirdlərin diqqətinə çatdırılıb və avtomobillər, xüsusi texniki vasitələr, eləcə də avadanlıqlarla tanışlıq olub.