Bir neçə Avropa ölkəsinin Qrenlandiyaya kiçik hərbi kontingent yerləşdirmək qərarı ada ətrafındakı böhranın həllinə kömək etməyəcək.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu İtaliyanın müdafiə naziri Guido Crosetto bildirib.
O, 100-300 əsgərin Qrenlandiya üçün nə edə biləcəyini düşündüyünü açıqlayıb. Rəsmi şəxs hesab edir ki, bu qədər əsgərin Danimarka tərəfindən idarə olunan adaya göndərilməsi "zarafatın başlanğıcı kimi səslənir".
"Bu, dünyanın müxtəlif ölkələrinə kimin qoşun göndərdiyini görmək üçün keçirilən yarış deyil", - deyə nazir əlavə edib.
Gülayə Mecid
