Zəngin dad ənənələrini müasir yanaşma ilə təqdim edən MADO restoranlar şəbəkəsi qonaqlarına yenilənmiş menyusunu təqdim edib.

Yeni menyu MADO-nun illər ərzində formalaşmış keyfiyyət standartlarını qorumaqla yanaşı, dad, təqdimat və müxtəliflik baxımından daha da zənginləşdirilib. MADO restoranlarında istifadə olunan məhsulların keyfiyyətinə xüsusi diqqət yetirilir, hər yemək peşəkar aşpazlar tərəfindən beynəlxalq standartlara uyğun hazırlanır. Rahat interyer, ailəvi mühit və xidmət mədəniyyəti brendi şəhər sakinləri və qonaqlar üçün sevilən məkanlardan birinə çevirib.

Yenilənmiş menyuda qonaqların seçimləri, mövsümi məhsullar və beynəlxalq kulinariya trendləri nəzərə alınıb. Menyuda həm yerli mətbəxin seçilən nümunələri, həm də beynəlxalq mətbəxdən ilhamlanan yeməklər yer alır. Yeni yeməklərlə yanaşı, MADO-nun sevilən klassik təamları da daha təkmilləşdirilmiş reseptlər və müasir təqdimatla qonaqların ixtiyarına verilib.

Yeni menyu MADO-nun əsas fəlsəfəsini – keyfiyyət, ənənə və davamlı yenilik anlayışını əks etdirir. Məqsədimiz qonaqlarımıza hər ziyarətdə daha yüksək kulinariya təcrübəsi təqdim etməkdir.

Ləzzətlə görüşün!