İtaliya A Seriyasında XVI turdan təxirə salınmış iki oyun keçirilib.

"Unikal" xəbər verir ki, çempionluq mübarizəsi aparan "Napoli" "Parma" ilə qolsuz heç-heçə edib.

Turnir cədvəlinin lideri "İnter" isə evdə "Leççe" ilə qarşılaşıb.

Görüş Milan klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Hazırda "İnter" 46 xalla turnir cədvəlinə başçılıq edir.

Neapol təmsilçisi 40 xalla üçüncü yerdədir.