ABŞ-nin Tehranla iş görən ölkələrə əlavə 25% tarif tətbiq etməsindən sonra Hindistan İranla ticarəti azaltmağa hazırlaşır.
"Unikal" xəbər verir ki, bu barədə "The Hindu" qəzeti hökumət mənbələrinə istinadən yazır.
Məkumata görə, Nyu-Dehli cari maliyyə ilinin sonuna qədər, yəni 31 martda başa çatana qədər İranla ticarəti azaldacaq. Nəşrin mənbələri qeyd ediblər ki, bu addımın səbəbi "xarici iqtisadi amillər"dir.
