Ermənistan-Türkiyə sərhədində körpülər tikiləcək.

"Unikal" xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan İrəvanda keçirilən təhlükəsizlik forumunda müzakirələr zamanı bildirib.

"Marqara şəhərində, o cümlədən, Yerasxın Axurik şəhərində gömrük və sərhəd terminalları tikilməlidir. Mən proqnozlaşdırıram və ehtimal da yüksəkdir ki, İcevan-Qazax hissəsində müəyyən inkişaflar ola bilər", - deyə o,vurğulayıb.

Paşinyan əlavə edib ki, Ermənistan-Türkiyə sərhədində elektrik xətlərinin yenidən təchiz edilməsi də olacaq, çünki bəzi şeylər hələ də Sovet dövründən qalıb.

Gülayə Mecid