ABŞ Prezidenti Donald Tramp "TruthSocial" sosial media platformasında Somali vətəndaşlarının ölkələrinə geri qaytarılmasını tələb edərək, oranı dünyanın "ən pis və ən korrupsiyalaşmış ölkəsi" olduğunu bildirib.
"Unikal" xəbər verir ki, Ağ Ev rəhbəri yazıb:
"Minnesota ştatındakı saxtakarlığın əksəriyyəti, 90%-ə qədəri, Somalidən ölkəmizə qanunsuz daxil olan insanlar tərəfindən törədilir. Onları gəldikləri yerə, bəlkə də dünyanın ən pis və ən korrupsiyalaşmış ölkəsi olan Somaliyə geri göndərin".
Xatırladaq ki, prezidentliyinin birinci müddətində Tramp Somali də daxil olmaqla bir neçə ölkənin vətəndaşlarının ABŞ-yə girişini qadağan etsə də, sonrakı prezident Co Bayden bu qərarı ləğv etdi. İkinci müddətə başladıqdan sonra Tramp qadağanı bərpa edərək daha bir neçə ölkənin vətəndaşlarını bu siyahıya əlavə etdi.
