Şimali Karolinalı bir qadın qızının ad günündə lotereyada cekpot qazanaraq 162.000 dollar udub.

"Unikal" xəbər verir ki, Dentonlu Linda Rocers bildirib ki, qızının 20 dekabrda ad günündən bir gün əvvəl yanacaqdoldurma məntəqəsində dayanıb 2 dollarlıq 10X dəyərində "The Cash Fast Play" lotereya bileti alıb. Növbəti gün o, bileti yoxlayıb və qazandığını öyrənib.  

"Bu, əsl nemətdir. Mən belə bir şey qazanmağı xəyal edirdim. Bu, həyatımı dəyişdi", - Rocers gözlənilməz uduşundan danışıb. O, əlavə edib ki, pulu yeni maşın almağa xərcləyəcək, qalanını isə ailəsi ilə bölüşəcək.