Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva Azərbaycan xalqını Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik ediblər. 

"Unikal" xəbər verir ki, Arzu Əliyevanın bayram təbrikində deyilir: 

"31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni iliniz mübarək!".

Alena Əliyeva bayram təbrikində yazıb:

"Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə bütün soydaşlarımızı təbrik edir, Yeni 2026-cı ilin hər kəsə uğur, sülh və firavanlıq gətirməsini arzulayıram".