Goranboyda avtomobillin vuraraq öldürdüyü piyadanın kimliyi məlum olub.

"Unikal"ın məlumatına görə, ölən şəxs Yevlax rayon sakini 1952-ci il təvəllüdlü. Ş.Bağırovadır.

Qeyd edək ki, hadisə bu gün səhər saatlarında Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb. Belə ki, Gəncə Beynəlxalq Xəstəxanasına məxsus "Mercedes" markalı Təcili tibbi yardım avtomobili piyadanı vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.

***09:18

Goranboyda qadını maşın vuraraq öldürüb.

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun Goran qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb. Hərəktədə olan Gəncə Beynəlxalq Xəstəxanasına məxsus təcili tibbi yardım avtomobili yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı qadını vurub. Qadın aldığı ağır xəsarətlərdən hadisə yerində ölüb. Piyadanın kimliyi dəqiqləşdirilir.

Əraziyə polis əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

Tural Əhmədov