Oğuzda qəza zamanı ölən şəxsin kimliyi məlum olub.

"Unikal" xəbər verir ki, saat 19 radələrində Oğuz rayonunun Sincan kəndi ərazisində “Mercedes-Vito” markalı mikroavtobusun sürücüsü Mahama Dibirovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi ağaca çırpılıb.

Nəticədə avtomobildə olan sərnişin, 64 yaşlı Balakən rayonunun Qazma kənd sakini Şadnus Hümbətov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Qəza zamanı habelə daha 6 nəfər - 1960-cı il təvəllüdlü Natalya Tahirova, 1961-ci il təvəllüdlü Cəmilə Əhmədova, 2007-ci il təvəllüdlü Qurban Mirzəyev, 1972-ci il təvəllüdlü Azad Puçaxov, 1960-cı il təvəllüdlü Xədicəmaral Xəlilova və 1958-ci il təvəllüdlü Cənnətey Qumbarova xəsarət alıblar.

Yaralılar Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

***20:49

Oğuzda mikroavtobus qəzaya düşüb, ölən və xəsarət alanlar var.

"Unikal" xəbər verir ki, hadisə Qaraməryəm-İsmayıllı-Şəki avtomobil yolunun rayonun Sincan kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan "Mercedes-Vito" markalı mikroavtobus idarəetmədən çıxaraq ağaca dəyib.

İlkin məlumata görə, qəza zamanı 1 nəfər ölüb, bir neçə nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Oğuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Seymur Əli