Qaxda qadın sürücünün vurdugu piyada ölüb.
"Unikal" xəbər verir ki,bu gün günorta saatlarında Qax rayonu ərazisində H.Bayramova idarə etdiyi “Nissan” markalı avtomobillə piyada, 43 yaşlı Maya Otaraşvilini vurub. Piyada aldığı xəsarətlərdən xəstəxanada ölüb.
DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.
Seymur Əli
*** 16:26
Qaxda qadın sürücü qəza törədib.
"Unikal" xəbər verir ki, hadisə Qax rayonunun Qaxbaş kəndi ərazisində baş verib. Belə ki, Bayramlı Həlimə idarə etdiyi "Nissan " markalı minik avtomobili ilə hərəkətdə olarkən piyada,1982-ci ilə təbəllüdlü Otaraşvili Mayanı vurub.
Hadisə zamanı sürücü və piyada Qax, Rayon Mərləzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
