"Azərbaycan neft məhsulları ilə dolu qatar artıq hərəkət edib və Ermənistana gəlir. Mən bu inkişafı alqışlayıram".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan brifinq zamanı deyib.
"Xalis ticarət özəl şirkətlər arasındadır, amma təbii ki, bu ticarət üçün siyasi şərait yaradan Ermənistan və Azərbaycan arasında bərqərar olan sülhdür. Əlbəttə ki, siyasi səviyyədə hər iki ölkənin biznes dairələrinin imkanlar barədə məlumatlandırılacağı və müvafiq maraq olarsa, müqavilələri imzalayacaqları barədə razılaşmalar da olub. Bilirəm ki, qatar gəlir, konkret olaraq nə qədər olduğunu bilmirəm.
Ölkəyə daxil olanda və gömrük xidmətlərimizdə məlumat olanda, həmin vaxt nəzarəti ələ alacağam. Növbəti gedişata gəldikdə isə, bilirəm ki, Gürcüstan dəmir yolu tarifi ilə bağlı müəyyən məsələlər var və ümid edirəm ki, bu məsələlər həll olunacaq. Həll olunmazsa, biznes subyektləri idxal və ixracı təmin etmək üçün alternativ yollar axtaracaqlar", - deyə Paşinyan qeyd edib.
Qeyd edək ki, Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası bu gün Bakıdan yola salınıb.
Ağarza Elçinoğlu
