Gürcüstan Azərbaycan və Ermənistan arasında sülh sazişinin paraflanmasını alqışlayır.

"Unikal" xəbər verir ki, bunu Gürcüstan prezidenti Mixail Kavelaşvili Tbilisidə Ermənistan prezidenti Vaaqn Xaçaturyanla görüşündə deyib.

O qeyd edib ki, Gürcüstan Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasını qətiyyətlə dəstəkləyir və lazım gələrsə, bu prosesə öz töhfəsini davam etdirməyə hazırdır.

Ağarza Elçinoğlu