Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Ukrayna prezidenti Volodimir Zelenski ilə apardığı danışıqların nəticələri barədə Rusiyanı şəxsən məlumatlandıra bilər.
"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" mənbələrə istinadən yazıb.
Qeyd edək ki, bu gün Zelenski Rəcəb Tayyib Ərdoğan və ABŞ-nin xüsusi nümayəndəsi Stev Uitkoff ilə Türkiyədə görüşəcək.
"Türkiyə münaqişədə vasitəçi rolunu oynayıb, Ukrayna və Rusiya arasında əvvəlki danışıqları təşkil edib. Müsbət nəticə əldə olunarsa, məhbus mübadiləsinin mümkünlüyü də daxil olmaqla, Türkiyənin xarici işlər naziri Hakan Fidan görüşə heç kimi göndərməyən Moskvaya danışıqların nəticələrini şəxsən məruzə edə bilər", - agentliyin mənbəsi bildirib.
Gülayə Mecid
