İspaniya Ukraynaya əlavə yardım olaraq 615 milyon avro ayırmağı planlaşdırır.

"Unikal" xəbər verir ki, bu barədə İspaniyanın baş naziri Oedri Sançes deyib.

Bu vəsaitin əsas hissəsinin hərbi yardım üçün istifadə edilməsi planlaşdırılır. Xüsusilə, Madrid Ukrayna üçün ABŞ-dən təcili silah alınmasına 100 milyon avro xərcləyəcək. Bundan əlavə, Madrid ölkənin döyüşlərdən zərər çəkmiş ərazilərinin yenidən qurulmasına 202 milyon avro ayıracaq.