56 yaşlı Kaliforniya sakini Daniel Saldana saxta ittihamlarla 30 ildən çox həbs cəzası çəkdiyinə görə 19,1 milyon dollar təzminat alacaq.

"Unikal" xəbər verir ki, bu barədə Los Angeles Times qəzeti yazıb.

"Baldvin Park şəhəri Saldananın cəzalandırılmasında şəhər detektivinin qanunsuz davranışı ilə bağlı iddianı həll etmək üçün ona 19,1 milyon dollar ödəməyə razılaşıb", - deyə qeyd olunub.

1989-cu ildə Saldana yerli məktəbin yaxınlığında iki şagirdi yaralayaraq atəş açmaqda ittiham olunmuşdu. O, həbsdə olduğu illər ərzində günahsız olduğunu bildirib. 

Ağarza Elçinoğlu