Donald Tramp Səudiyyə Ərəbistanının ABŞ-dən F-35 qırıcı təyyarələri almaq istədiyini açıqlayıb. 

"Unikal" xəbər verir ki, o, bunu Ağ Evdə jurnalistlərlə söhbətində bildirib.

ABŞ lideri qırıcıları Ər-Riyada satmaq niyyətində olduğunu deyib: "Bəli, biz bunu edəcəyik, onlara F-35 satacağıq". 

Ağ Ev rəhbəri həmçinin qeyd edib ki, Səudiyyə Ərəbistanı ABŞ üçün müttəfiqdir.

Ağarza Elçinoğlu