Konqo Demokratik Respublikasının (KDR) sənaye naziri Luis Kabambanı daşıyan təyyarə Kolvezi hava limanında uçuş-enmə zolağında yanıb.
"Unikal" xəbər verir ki, hadisə nəticəsində heç kim xəsarət almayıb.
Təyyarənin göyərtəsində 20 sərnişin olub. Nazir onlarla insanın ölümünə səbəb olan kobalt mədənində xilasetmə işlərini yoxlamaq üçün regiona səfər edibmi.
Nazir və nümayəndə heyətinin bütün üzvləri təyyarədən vaxtında təxliyə olunublar. Nazirliyin kommunikasiya müşaviri İsaak Nyembonun sözlərinə görə, heç kim xəsarət almayıb.
