İran dekabrın ortalarında Rusiya və Çinin iştirakı ilə Əfqanıstanla bağlı iclasa hazırlaşır.

"Unikal" xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Səid Xətibzadə məlumat yayıb.

Onun sözlərinə görə, İran regional mexanizmlərdən istifadə etməklə Əfqanıstana yardım və regionda sabitliyin qorunmasını müzakirə etmək üçün təmas qrupunun yaradılması üzərində işləyir. Diplomat qeyd edib ki, son günlər Tehran Əfqanıstan və Pakistanla bağlı bir sıra "effektiv addımlar" atıb. İran hakimiyyəti Kabil və İslamabad arasında vasitəçilik etməyə hazır olduqlarını bəyan ediblər.

Gülayə Mecid