ABŞ hakimiyyəti Venesuela prezidenti Nikolas Maduro ilə danışıqlar apara bilər.
"Unikal" xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp jurnalistlərə bildirib.
"Ola bilər ki, Maduro ilə bəzi danışıqlarımız olsun və bunun nə zaman baş verəcəyini görəcəyik", - Amerika lideri ifadə edib.
Onun sözlərinə görə, Venesuela tərəfi Vaşinqtonla danışıqlar aparmaq “istəyər”.
Xatırladaq ki, ABŞ-nin "Gerald R. Ford" təyyarədaşıyan gəmisi Venesuela ilə gərginliyin artması fonunda dünən Karib hövzəsinə gəlib. Döyüş gəmisi onlarla taktiki təyyarə daşıyır.
Gülayə Mecid
