Kamçatkada 5,0 bal gücündə zəlzələ qeydə alınıb.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Vahid Geofizika Xidmətinin Kamçatka şöbəsi məlumat yayıb.

Zəlzələ Petropavlovsk-Kamçatskidən 113 km məsafədə baş verib. Episentr 20 km dərinlikdə olub.

Zəlzələ nəticəsində xəsarət alan və ya dağıntı barədə məlumat verilməyib.