Pakistanda pirotexniki maddələr istehsalı müəssisəsində baş verən partlayışda azı yeddi nəfər həlak olub.

"Unikal" xəbər verir ki, bu barədə "Samaa TV" telekanalı məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində bir neçə nəfər yaralanıb və onlar ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə cəlb edilən yanğınsöndürənlər alovu lokallaşdırmağa nail olublar.