Altay Göyüşov Baş Prokurorluğa çağırılıb.

"Unikal" xəbər verir ki, bununla bağlı Baş Prokurorluğun rəsmi müraciəti İctimai Televiziyada yayımlanıb.

Qeyd olunub ki, təqsirləndirilən Göyüşov Altay Rəşid oğlu bu il noyabrın 21-də 16:00-da Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi 160 ünvanında yerləşən Baş Prokurorluğun İstintaq Baş İdarəsinə gəlməlidir.