"Qalatasaray"ın yarımmüdafiəçisi Qabriel Sara mövsümü erkən başa vurub.

"Unikal" xəbər verir ki, bu barədə "Milliyet" qəzeti məlumat yayıb.

Braziliyalı futbolçunun ayağında zədə aşkarlanıb. 26 yaşlı futbolçu Superliqanın son iki vacib oyununda meydana çıxa bilməyəcək.

Qeyd edək ki, Qabriel Sara bu mövsüm "Qalatasaray"ın heyətində bütün turnirlərdə 42 oyunda 6 qol vurub, 5 qol ötürməsi edib.