Bakı şəhərinin Abbas Mirzə Şərifzadə küçəsində (Nazim Hikmət küçəsindən İsfəndiyar Zülalov küçəsinədək olan hissədə) və Səməd Vurğun küçəsində (Abbasqulu ağa Bakıxanov küçəsindən Füzuli küçəsinədək olan hissədə) asfalt-beton örtüyünün yenilənməsi işləri aparılacaq.
“Unikal” xəbər verir ki, bu barədə AAYDA məluumat yayıb.
Bildirilib ki, təmir işləri aşağıdakı tarixlərdə həyata keçiriləcək:
• 8 may saat 22:00-dan 9 may saat 23:00-dək;
• 10 may saat 22:00-dan 11 may saat 23:00-dək.
“Aparılan işlərlə əlaqədar qeyd olunan ərazilərdə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, hərəkət istiqamətlərinə uyğun əvvəlcədən alternativ yollardan istifadə etmələri xahiş olunur”, - deyə məlumatda qeyd edilir.























































