İndoneziyanın şərqindəki Halmahera adasında Dukono vulkanının püskürməsi nəticəsində iki sinqapurlu və bir indoneziyalı olmaqla üç alpinist həlak olub.
"Unikal" xəbər verir ki, bu barədə "Daily Mail" qəzeti məlumat yayıb.
Yerli polisin məlumatına görə, təxminən 20 turistdən ibarət qrup dağın ətəyindəki xəbərdarlıq işarələrinə məhəl qoymayıb.
Seysmoqraflar tərəfindən 16 dəqiqədən çox müddət ərzində qeydə alınan püskürmə yerli vaxtla səhər saat 7:41-də baş verib. Hadisə yerində üç kişi ölüb. Xilasedicilər indiyə qədər 14 nəfəri təxliyə ediblər, onlardan beşi yaralanıb. Digər alpinistlərin axtarışı vulkanın davam edən fəaliyyəti səbəbindən çətinləşir.
Ağarza Elçinoğlu












































.jpeg)
