"Rosatom"un baş direktoru Aleksey Lixaçev İranda Buşəhr Atom Elektrik Stansiyasının (BNPP) tikintisinin bərpa olunduğunu açıqlayıb.
"Unikal" xəbər verir ki, o, stansiyanın ikinci enerji blokunun reaktorunun hazırda 60%-dən çoxunun tamamlandığını bildirib.
2200 iranlı podratçı işçisi ərazidə işə qayıdıb.
"Əsas iş tikinti mərhələsində olan 2-ci blokun möhkəmləndirilməsinə və betonlanmasına yönəlib. İranlı işçilərin sayı artmaqda davam edir", - deyə Lixaçev bildirib.
O əlavə edib ki, stansiyanın 1-ci bloku 100% gücündə işləməyə davam edir.
Qeyd edək ki, Rosatom əvvəllər İrandakı hərbi münaqişə səbəbindən AES işçilərini təxliyə etmişdi.


















































