Misli Premyer Liqasında 31-ci tura start verilib.

"Unikal" xəbər verir ki, ilk oyun gününə nəzərdə tutulan 2 matçdan 1-i artıq başa çatıb.

Əvvəlcə avrokuboklar uğrunda mübarizəsini davam etdirən "Zirə" 9-cu pillədə qərarlaşan "İmişli"nin qonağı olub. Oyun 0:0 hesabı ilə yekunlaşıb. Komandaların ilk iki dövrədəki oyunlarının heç birində qalib müəyyənləşməyib - 1:1, 0:0.

Günün digər matçında isə artıq 29-cu turda çempionluğunu rəsmiləşdirən "Sabah" Premyer Liqada qalmaq üçün çalışan "Kəpəz"i qəbul edəcək. Bu komandaların ilk iki dövrədə keçirilən oyunlarında "Sabah" qalib gəlib - 3:1, 1:0.