"Bütün dünyada qanunsuz mərc oyunlarına qarşı mübarizə aparılır. Qlobal maliyyə sistemi kifayət qədər virtuallaşıb. Bəzi hallarda nəzarət imkanları məhduddur".
Bunu "Unikal"a açıqlamasında deputat Vüqar Bayramov deyib. O bildirib ki, Mərkəzi Bank və digər dövlət qurumları tərəfindən bu istiqamətdə nəzarət imkanları genişlənir:
"Çünki burada söhbət vəsaitin xaricə axmasından gedir. Təbii ki, valyutanın xaricə axınının qarşısının alınması çox vacibdir. Bu istiqamətdə tənzimləmələr həyata keçirilir, qaydalar tətbiq olunur. Bunlar nəticə etibarı ilə prosesdə tənzimləmələri artırıb. Bütün hallarda digər ölkələrin təcrübəsi göstərir ki, qlobal maliyyə sistemi daha çox virtuallaşdığı üçün bəzi hallarda sərt tənzimləmələrlə prosesin qarşısını tam almaq mümkün olmur. Məqsəd bu vəsaitlərin axınının tənzimlənməsi və minimumlaşdırılmasına nail olmaqdır".
Anar Kəlbiyev












































.jpeg)
