Mayın 10-u müasir müstəqil Azərbaycanın memarı və qurucusu, xalqımızın dahi oğlu və ümummilli lideri Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.
"Unikal" xəbər verir ki, bununla əlaqədar Azərbaycan Texniki Universitetinin (AzTU) və Türkiyə-Azərbaycan Universitetinin (TAU) kollektivi mayın 8-də Fəxri xiyabanda Ulu Öndərin məzarını ziyarət ediblər.
Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla yad olunub.














































