Senat yenidən Donald Trampın İrana qarşı hərəkətlərini məhdudlaşdırmağa çalışır.

"Unikal" xəbər verir ki, ABŞ senatı, konqres təsdiq etmədiyi təqdirdə, Amerika qüvvələrinin İran İslam Respublikasında və ya ona qarşı döyüş əməliyyatlarından çıxarılmasını tələb edən qətnaməyə səs verib.

ABŞ Konqresinin yuxarı palatasında keçirilən səsvermə müharibə səlahiyyətlərinin məhdudlaşdırılmasının lehinə az səs çoxluğu ilə nəticələnib. Əlli senator lehinə, 48 senator isə əleyhinə səs verib.