Niderlandda 12 yaşdan kiçik bir uşaq ilk dəfə evtanaziya edilib.

"Unikal" xarici mediaya istinadən xəbər verir ki, bu, 2024-cü ildən başlayaraq 1 yaşdan 12 yaşa qədər olan xəstələrin həyatına aktiv şəkildə son qoyulmasına icazə verən qaydalara uyğun olaraq baş verib. Prosedura yalnız uşağın dözülməz əzablar çəkdiyi və sağalma ümidi olmadığı, ölümün qaçılmaz olduğu hallarda icazə verilir.

Lakin mövcud qaydalara baxmayaraq, səs-küylü iş prokurorluğa çatıb. Xüsusi evtanaziya icmalı komitəsi tibbi qeydləri təhlil edib və prosedurda iştirak edən həkimlə müsahibə aparıb. Onun nəticələri artıq istintaq orqanlarına təqdim edilib. Həkimin ciddi şəkildə qanun çərçivəsində hərəkət edib-etməməsi ilə bağlı son qərarı müstəntiqlər verəcək. Hakimiyyət orqanları uşaq haqqında heç bir detal açıqlamayıb. Onun neçə yaşında, hansı xəstəlikdən əziyyət çəkdiyi məlum deyil.