Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətində yeni təyinat olub.

"Unikal" xəbər verir ki, bununla bağlı müvafiq sərəncam imzalanıb.

Sərəncama əsasən, Nəcəfalıyev Nəcəfalı Əziz oğlu rəis müavini təyin edilib.

Qeyd edək ki, bundan əvvəl Nəcəfalıyev Nəcəfalı Əziz oğlu Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin idarə heyətinin sədri vəzifəsində çalışıb.