Xəbər verdiyimiz kimi, Ucar Təhsil Sektorunda vakant olan müdir vəzifəsinə Məhəmmədov İsmayıl Həsən oğlu gətirilib. 

"Unikal" "nocomment.az"a istinadən xəbər verir ki, İ.Məhəmmədov Ucar rayon Təhsil sektorunun keçmiş müdiri Rahib Burcəliyevi əvəzləyib. 

Bununla bağlı Mərkəzi Aran Regional Təhsil İdarəsinin müdiri Həmid Qasımov müvafiq əmr imzalayıb.

Qeyd edək ki, Rahib Burcəliyev ötən ilin birinci rübündə Təhsil İdarəsi tərəfindən xəbərdarlıq alıb. Buna səbəb məktəbdə 9-cu sinif şagirdinin sinif yoldaşını bıçaqlaması olub.