İran müharibəsinin əsas qalibi Rusiyadır.

"Unikal" xəbər verir ki, bunu ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris deyib. 

"İran müharibəsinin əsas qalibinin kim olduğunu bilmək istəyirsiniz? Rusiya. Tramp Rusiyaya qarşı sanksiyaları ləğv etdi, ona görə də onlar başqa cür satılması qadağan edilmiş nefti satmaqla pul qazanırlar.

Bundan əlavə, İranla müharibə səbəbindən ABŞ Yaxın Şərqə artilleriya, sursat və hava hücumundan müdafiə vasitələri göndərir. Əks halda bu vasitələr Ukraynaya yönəldiləcəkdi", - deyə diplomat qeyd edib. 

Ağarza Elçinoğlu