NASA rəhbəri Plutonun planet statusunu bərpa etmək istəyir.

"Unikal" xəbər verir ki, 2006-cı ildə Pluton Beynəlxalq Astronomiya İttifaqının (IAU) planet hesab edilməsi üçün üç meyarından birinə cavab vermədiyinə görə planetlər siyahısından çıxarılıb (orbitini digər obyektlərdən təmizləməmişdi).

İndi isə NASA administratoru Cared İsaakman Plutonun planet statusunun bərpasını dəstəklədiyini bildirib və agentlik bu qərarı yenidən nəzərdən keçirmək üçün sənədlər hazırlayır.