Xəbər verdiyimiz kimi, "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodlarından birində baş verən istehsalat qəzası nəticəsində müəssisənin əməkdaşı İsmayılov Adil Balaş oğlu həlak olub.
"Unikal"ın məlumatına görə, həyatını itiriən 56 yaşlı Adil İsmayılov Birinci Qarabağ müharibəsində döyüşlərdə iştirak edib.
Sonrakı illərdə Daxili Qoşunlarda hərbi xidmətini davam etdirib. 2010-cu ildə mayor rütbəsində ehtiyata buraxılıb.
