İtaliyanın məşhur azərbaycanlı xoreoqrafı, Azərbaycanın Əməkdar artisti, İtaliyada fəaliyyət göstərən "Azəri" Azərbaycan Mədəniyyət Assosiasiyasının sədri Mais Nuriyev vəfat edib.

Bu barədə "Unikal"a Diasporla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Qeyd edək ki, Mais Nuriyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə Əməkdar artist fəxri adı alıb, həmçinin "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalı, "Diaspor fəaliyyətində xidmətə görə" medalı ilə təltif olunub.