8 may 2026-cı il tarixində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının Əmək və Sosial Münasibətlər Akademiyasında Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “Müasir Şəhərsalma Vizyonu: Süni intellekt, rəqəmsallaşma və iqlim fəaliyyəti ilə uyğunlaşdırılması” mövzusunda Magistrantların Respublika Elmi-Tədqiqat Konfransı keçirilib.

"Unikal" xəbər verir ki, konfransın əsas məqsədi müasir şəhərsalma sahəsində innovativ yanaşmaların təşviqi, gənc tədqiqatçıların elmi fəaliyyətə cəlb olunması və aktual problemlərin müzakirəsi üçün platforma yaratmaqdan ibarətdir.