"Qəhrəmanlıq Azərbaycan xalqının genindədir".
"Unikal" xəbər verir ki, bu sözləri "Mixaylo" ləqəbi ilə tanınan əfsanəvi azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin bacısı oğlu Mehdi Əzizbəyov deyib.
İki dəfə Sovet İttifaqı Qəhrəmanı adı almış tank qoşunları general-mayoru Həzi Aslanovun məzarı önündə çıxış edən M.Əzizbəyov bildirib ki, 1941-1945-ci illərdə Azərbaycan xalqının nümayəndələri əsl qəhrəmanlıq göstəriblər: "Birinci Qarabağ savaşında necə qəhrəmanlarımız olub! Məsələn, Albert Aqaruvov. İkinci Qarabağ Müharibəsində də bizim gənc övladlarımız elə qəhrəmanlıq göstərdi ki, bu, bir nümunədir. Bizim gələcək nəslimiz doğurdan da qəhrəman xalqın nəslidir".
Daha bir maraqlı məqam odur ki, Mehdi Hüseynzadənin nişan üzüyü məhz onun adını daşıyan bacısı oğlundadır.
Üzük onun müharibədə olduğu dövrdə imperial sikkə əridilərək hazırlanıb. Mehdi Hüseynzadə müharibədən qayıtmadıqdan sonra, həmin üzük evlənəndə Mehdi Əzizbəyova anası tərəfindən verilib.
Müxbir: Ağarza Elçinoğlu
Video: Turqut Sultan
























































