Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ Prezidenti Donald Trampın elan etdiyi üçgünlük atəşkəsi təsdiqləyib.
"Unikal" xəbər verir ki, bu barədə Zelenski sosial media hesablarında paylaşım edib.
“Bu gün Amerikanın vasitəçiliyi ilə aparılan danışıqlar çərçivəsində Rusiyanın 1000-ə 1000 formatında məhbus mübadiləsinə razılığını aldıq. Həmçinin 9, 10 və 11 may tarixlərində atəşkəs elan edilməlidir”, – deyə Zelenski bildirib.
Qeyd edək ki, Tramp özünün “Truth Social” sosial şəbəkəsində etdiyi paylaşımda ABŞ Prezidentinin Ukrayna ilə Rusiya arasında üçgünlük atəşkəs elan olunacağını bəyan etdiyini yazıb.

























































