“Əsas hədəflərimizdən biri, deyərdim ki, bəlkə də ən birincisi təhlükəsizlik məsələsidir. Hesab edirəm ki, sərnişinlərin dəmir yoluna üz tutmasının ən əsas göstəricilərindən biri də məhz təhlükəsizliyin daha çox təmin olunduğuna əminlikdir. Bu baxımdan, qarşımızda duran əsas məsələ məhz təhlükəsizlikdir”.

"Unikal" xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” (ADY) QSC-nin sədri Rövşən Rüstəmov REAL Televiziyasına və AZƏRTAC-a müsahibəsi zamanı deyib.