Azərbaycanda bəzi məmurlarn və deputatların yaşının çox olması hər zaman ictimaiyyətin marağında olan bir mövzudur. Belə ki, hazırda məmurlar və Milli Məclisin VII çağırış deputatları arasında da yaşı 80-ə çatan şəxslər var.

"Unikal" yaşı 80-ə çatan məmurların və deputatların siyahısını təqdim edir:

Prezidentdən Yaqub Eyyubovla bağlı SƏRƏNCAM

Baş nazirin birinci müavini Yaqub Eyyubov 1945-ci ildə dünyaya gəlib. Oktyabrın 24-də onun 80 yaşı tamam olur. Bu münasibətlə Prezident İlham Əliyev Y.Eyyubovu "İstiqlal" ordeni ilə təltif edib.

Prezidentdən Əhməd Əhmədzadə ilə bağlı SƏRƏNCAM

Baş nazirin köməkçisi olan Əhməd Əhmədzadə də 1945-ci ildə anadan olub. Bu ilin yanvarın 7-də onun 80 yaşı tamam olub. 

Ziyad Səmədzadədən haqqında yazılanlara SƏRT REAKSİYA - Unikal.az

Milli Məclisin III, IV, V, VI və VII çağırış deputatı olan Ziyad Səmədzadə parlamentin ən yaşlı üzvüdür. Belə ki, o, 25 iyun 1940-cı il tarixində doğulub. "Ağsaqqal deputat"ın 85 yaşı var.

Bir il bundan əvvəl diplomatların maaşı xeyli artıb" - Polad Bülbüloğlu -  Unikal.az

Yaşı 80-ə çatan Milli Məclisin daha bir üzvü isə Polad Bülbüloğludur. 9 fevral 1945-ci il təvəllüdlü Rusiyadakı sabiq səfirimiz Milli Məclisin VII çağırış deputatı seçilib. P.Bülbüloğlu həmçinin Milli Məclisin I çağırış deputatı olub.

qaynarinfo.az

Milli Məclisin bütün çağırışlarında deputat seçilən Eldar İbrahimovun isə bu ilin mart ayının 12-də 80 yaşı tamam olub. 

Hazırladı: Murad İbrahimli