Bir müddət əvvəl ayrı-ayrı şəxslərin qanuni əsas olmadan təcili tibbi yardım avtomobillərində əhaliyə tibb xidməti göstərməsi ilə bağlı xəbər yayımlamışdıq.

Qeyri-qanuni fəaliyyət göstərən ambulanslarla bağlı "Unikal"a yeni fakt daxil olub. 

Belə ki, 90-XF-603 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi nəqliyyat vasitəsinin üzərinə xüsusi səs siqnalı yerləşdirərək və "ambulans" yazısı qeyd edərək fərdi "tibbi xidmət"lə məşğul olduğu iddia edilir.

***

"Baku City Hospital"ın direktoru Bayram Qorçiyev "Unikal"la əlaqə saxlayaraq bildirib ki, 90-XF-603 qeydiyyat nömrəli avtomobil "Baku City Hospital" və "Best Klinik" MMC-ləri ilə səyyar tibbi xidmət göstərmək üçün notarial qaydada icarə müqavilələri bağlayıb:

"Hər iki klinika Azərbaycan Respulikasının İqtisadiyyat Nazirliyi tərəfindən müddətsiz verilmiş lisenziya əsasında səyyar tibbi xidmət göstərir", - deyə o əlavə edib.